Bakının Xətai Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları narkoruryerlikdə şübhəli bilinən İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, saxlanılan şəxslərdən 23 kiloqram narkotik maddə: heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Məlumata görə, saxlanılan şəxslər narkotik maddələri ayrı-ayrı ünvanlarda yerləşdirərək paytaxt ərazisində satmağı planlaşdırıblar.
Digər əməliyyatlar zamanı Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən daha 7 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.