EN

Nobel alan güneyli qadın: “Həbsxananın məni susdurmasına icazə verməyəcəyəm”

2023-cü il Nobel Sülh Mükafatının qalibi, qadın hüquqları müdafiəçisi və güneyli siyasi məhbus, hazırda isə tibbi məzuniyyətdə olan Nərgiz Məhəmmədi dünən Nobel Komitəsinə vide zənglə müsahibə verib. 

"Cebheinfo.az" xəbər verir ki, o, həbsxanadan kənarda daha çox şey edə biləcəyini, zindanın onu susdurmasına icazə verməyəcəyini deyib: "Qadın və insan hüquqlarına, eləcə də azadlığıma bağlılığımı heç bir həbsxana divarı mane ola bilməz. İnsan və qadın hüquqlarını müdafiə etmək cinayət deyil”. 

N.Məhəmmədi İranda siyasi məhbusların səssizcə edam edilməsini pisləyib. Bildirib ki, fəaliyyətini davam etdirməsi üçün azad olmalıdır. Güneyli siyasi məhbusun sözlərinə görə, İslam Respublikası onu susdura bilsə belə, onun üçün heç bir şey dəyişməyəcək, çünki İran xalqı artıq ayağa qalxıb”. 

"Cebheinfo.az"

Chosen
49
3
cebheinfo.az

4Sources