EN

Ali Məhkəmədən kommunal xidmətlərə görə yaranan borcun silinməsinə dair mühüm QƏRAR

Bakı. Trend:

Müvafiq qurumun nümayəndələri tərəfindən vətəndaşın yaşadığıünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədənkənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar müxtəlifdövrlərdə aktlar tərtib edilib. Aktların heç biri iddiaçıtərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən “imza”qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, vətəndaş məhkəməyəmüraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuşaktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illərərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbulolunmasını xahiş edib.

İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşlarıonun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinikəsib, iştirakı olmadan akt tərtib ediblər. Həmin aktda göstərilirki, vətəndaş guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdənkənarlaşdırıb. İddiaçı cavabdehin tərtib etdiyi aktlarazılaşmayaraq, qeyd etmişdir ki, küçədə yerləşən sayğaca hər hansımüdaxilə etməyib.

Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki,iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib. İddiaçıtərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddiamüddəti ötürüldükdən sonra məhkəməyə verilib. Müqavilə tələbləriüzrə iddia müddəti 3 il olduğunu əsas göstərərək, iddia müddətitətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbulolunmasını xahiş edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası isəkassasiya şikayətinə baxaraq qeyd edib ki, təsbit xarakterliiddialara baxılarkən iddia müddətinin tətbiq edilməsiyolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını(borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddətitətbiq oluna bilməz.

Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqaşəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinəyetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququvardır. Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcunsilinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-cimaddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinəyetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ iləbağlı deyildir, bu tələblərin müqavilə münasibətlərindən irəligələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiqedilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulmasıilə nəticələnir.

Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən kassasiya şikayətitəmin edilərək, iş yeni apellyasiya baxışına qaytarılıb.

Chosen
2
49
az.trend.az

4Sources