EN

Ermənistan, Hindistan və İran Yeni Dehlidə Şimal-Cənub dəhlizinin inkişafı məsələsini müzakirə ediblər

Tərəflər digər məsələlərlə yanaşı, regional əməkdaşlıq, ticarət və turizmi də gündəmlərinə alıblar...

Ermənistan, Hindistan və İran hökumətlərinin nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər.

Poliqon xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, tərəflər əlaqələrin genişləndirilməsi təşəbbüslərini, çoxtərəfli forumlarda qarşılıqlı fəaliyyət və regional əməkdaşlığı müzakirə edib, ticarət, turizm və mədəni mübadilənin inkişaf etdirilməsi yollarını araşdırıb, habelə ictimaiyyətlə əlaqələrin gücləndirilməsini qeyd ediblər.

Xatırladaq ki, Şimal-Cənub beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb. Daha sonra iştirakçıların sayı 14-ə çatıb. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisi ilə Avropaya yük axınını təmin etməkdir. Bu, Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə məsafə yarıdan çox azalır, bu da nəqliyyatın vaxtını və xərclərini azaldır. İndi layihə ayrı-ayrı dövlətlərin bir neçə müxtəlif nəqliyyat sistemini birləşdirir.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources