Azərbaycanı xaricdə təmsil edən diplomatlar həmişə yüksək səviyyədə hazırlıqlı olmalıdır. Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.
"Azərbaycana qarşı təziqlər açıq şəkildə edilir. Diplomatika savaşın başqa yolla davamıdır. Azərbaycan diplomatı hazırlıq baxımdan yüksəkdə durmağı bacarmalıdır. Diplomat getdiyi ölkənin dilini bilməlidir. Diplomat nə qədər dil bilsə o qədər yaxşıdır. Onun bir hədəfi olmalıdır ki, o da Azərbaycana xidmətdir. Diplomatlar liderimizdən örnək götürməlidir", - deputat dekabrın 13-də "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
Deputat həmçinin vurğulayır ki, Ermənistanın Azərbaycana ödəməli olduğu kompensasiya məsələsində Azərbaycanı xaricdə təmsil edən səfirlərin də rolu böyük olmalıdır.
Gülnar Nazimqızı
www.anews.az