EN

“Azərbaycan Türkiyə ilə birgə Suriyada əməliyyatlarda iştirak edə bilər”

“Ehtiyac olarsa, Azərbaycan Türkiyə ilə birlikdə Suriyada həm sülhəməcburetmə, həm də humanitar əməliyyatlarda iştirak edə bilər”. 

Missiya.Az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.

O, prezident İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Suriyada baş verənlərlə bağlı zəng etməsinə diqqət yönəldərək bu zəngin beynəlxalq birliyə ünvanlanmış mesaj olduğunu qeyd edib:

 “İlham Əliyev bu zənglə beynəlxalq birliyə qardaş Türkiyə ilə hər zaman bir yerdə olmağımızın mesajını verdi". 

ElcanMissiya.Az

Chosen
22
missiya.az

1Sources