EN

Yeni qanundan sonra müsbət dəyişiliklər olacaq - Deputat

"Diplomatik xidmət haqqında” qəbul olunan yeni qanundan sonra bu sahədə olan xırda məsələlər öz həllini tapacaq. Bunu Milli Məclisin deputatı Polad Bülbüloğlu deyib. 
 
"Diplomatiya haqqında qanun 2001-ci il qəbul olunmuşdu. Düşünürəm yeni qanundan sonra bu sahədə olan xırda problemlər həll olunacaq.  18 il Rusiyada səfir kimi çalışmışam. Bu sahədə xeyli müsbət dəyişiliklər olub. Diplomatların maaşı xeyli artıb. İndiki xarici işlər naziri də diplomatların işinə diqqətlə yanaşır. Vəziyyət ildən-ilə daha da yaxşılaşır. Xırda olan məsələlər isə yeni qanundan sonra həllini tapacaq", - deputat bildirib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
36
anews.az

1Sources