EN

Gürcü analitik “İsa Məsihin tabutunun” yandırılması ideyasının Avropadan, Amerikadan gəldiyini bildirib

Analitik Zaal Anjaparidze parlamentin qarşısında simvolik “İsa Məsihin tabutunun” yandırılmasına etiraz edib.

APA Gürcüstan mediasına istinadən xəbər verir ki, analitikin sözlərinə görə, tabutun yandırılmasının təşəbbüskarları bilirlər ki, bu cür səhnələr gürcü cəmiyyətinin əksəriyyəti üçün qəbuledilməzdir.

“Lakin yenə də başqalarının onların təsirinə düşəcəyinə inandıqları üçün bunu edirlər. Avropadan, Amerikadan Gürcüstana bütün bunları gətiriblər, yerlilərə öyrədirlər, başqalarına da öyrədirlər. Onlar yaxşı bilirlər ki, belə şeylər bizim ənənəvi cəmiyyətimiz üçün qəbuledilməzdir, amma onsuz da bunu edirlər. Niyə? Çünki hansısa mərhələdə başqalarının da onlara aldanacağına inanırlar. Bunu sürətləndirmək üçün burada milyonlar xərclənir”, - Zaal Anjaparidze bildirib.

Chosen
31
1
apa.az

2Sources