EN

Maşını bu vəziyyətdə idarə edib “Tik-Tok”da paylaşdı, həbs olundu - VİDEO

Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “Tik-Tok”da paylaşan sürücü həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə Bakı şəhər BPİ-nin DYP İdarəsindən məlumat verilib.

Belə ki, paytaxt əraizisində konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Musavat.com

Chosen
14
33
musavat.com

10Sources