EN

Nazarbayevin həyatı ilə bağlı məlumatlar dövlət sirri sayılacaq

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan senatorları keçmiş prezidentlərin, habelə onların ailə üzvlərinin səhhəti və şəxsi həyatı ilə bağlı məlumatların dövlət sirri kimi təsnif edilməsi və yayılmasının yasaqlanmasına dair qanun layihəsinə düzəlişləri qəbul ediblər.

Hafta.az-ın “Asiaplus”a istinadən yazdığına görə, dövlət sirri ilə bağlı düzəlişlər başqa bir qanun layihəsinə salınıb, parlamentdə müzakirə zamanı isə bundan ümumiyyətlə bəhs olunmayıb.

Bundan başqa, nə hökumət, nə də parlament bu məlumatların məxfiləşdirilməsinin zəruriliyini jurnalistlərə izah edə bilməyib.

Qazaxıstanın müstəqillik tarixində prezident yalnız bir dəfə dəyişdirilib. Keçmiş dövlət başçısı Nursultan Nazarbayev 2019-cu ilin martında vəzifəsini tərk etsə də, çoxsaylı imtiyazlarını saxlayıb. 2022-ci ilin yanvar etirazlarından sonra isə vəziyyət dəyişib.

2023-cü ilin əvvəlində Nursultan Nazarbayev Elbaşı statusundan məhrum edilib. 2023-cü ilin iyununda Senat Qazaxıstanın keçmiş prezidentini Ali Şuranın, İntellektual Məktəblərin, Nazarbayev Universitetinin və Nazarbayev Fondunun rəhbəri statusundan məhrum edən düzəlişləri qəbul edib.

Chosen
22
hafta.az

1Sources