EN

Moldovada müəllimlər maaşların artırılması tələbi ilə parlamentdə piket keçiriblər

Moldovada müəllimlər maaşların səviyyəsindən narazı olduqları üçün respublika parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə Sputnik Moldova məlumat yayıb.

Qeyd olunur ki, aksiyanın təşkilatçısı Moldova Həmkarlar İttifaqları Milli Konfederasiyası olub.

Müəllimlər mitinqə “Müəllimlər könüllü deyil”, “Biz layiqli həyat tələb edirik”, “Layiqli maaş tələb edirik” şüarları yazılmış plakatlar gətiriblər.

Etirazçılar hakimiyyəti tətillərlə hədələyiblər.

DOĞRU.AZ

Chosen
7
3
dogru.az

4Sources