EN

Bakıda 15700 manatlıq mənimsəmə - şirkətin soyuducularını satıb pulunu ələ keçirdi

Image

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib.

Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

NAMİQ





Chosen
24
10
baki-xeber.com

10Sources