EN

Bakıda dəlduzluq edən şəxs saxlanıldı

Bakıda dəlduzluq edən şəxs saxlanılıb.

Gundem.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi, Yasamal və Nəsimi rayonları ərazilərində müxtəlif vaxtlarda 4 nəfəri aldadan şəxsin onların 600, 300, 500 və 300 manat olmaqla ümumilikdə 1700 manat vəsaitini öz hesabına ödətdirməklə ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı K.Abuşov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Chosen
42
50
gundem.az

10Sources