EN

Rüşvət almaqda təqsirli bilinən xəstəxana direktoruna şərti cəza verilib  

Rüşvət

Rüşvət almaqda təqsirləndirilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Emlakbazari.az

E-saglam.az "Report"a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Hər biri barəsində 1 il sınaq müddəti seçilib və şərti cəza verilib.

Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib. İttihama görə, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva vətəndaşlardan rüşvət alaraq onlara əlillik dərəcələri veriblər.

E-saglam.az 

Chosen
4
14
e-saglam.az

10Sources