EN

Azərbaycanda mənzil özəlləşdirmək üçün sənədlərin tələb edilməsi qaydası dəyişir

Bakı. Trend:

Azərbaycanda mənzil özəlləşdirmək üçün sənədlərelektronlaşdırılır.

Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən "Azərbaycan Respublikasında mənzilfondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişiklikdə əksinitapıb.

Layihədə qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrihaqqında" qanuna uyğun olaraq, "Azərbaycan Respublikasında mənzilfondunun özəlləşdirilməsi haqqında" Azərbaycan RespublikasınınQanununda düzəlişin edilməsi Azərbaycan Respublikası Prezidentinin2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiqedilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçünMilli Fəaliyyət Planı"nın 4.2-ci bəndindən irəli gələrək (dövlətxidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digərdövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatınvətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemivasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsiüçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi,habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayınınartırılması), habelə "İnzibati icraat haqqında" qanuna edilmişdəyişikliyə uyğun olaraq vətəndaşa dair sənəd və məlumatın əldəedilməsinin ardıcıllığının müəyyən olunması və hüquqi tənzimlənməsiməqsədi daşıyır.

Sənədlər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsiləəldə edilə bildikdə sənədlər ərizəçidən tələb edilmir;

Sənədlər EHIS vasitəsilə əldə edilə bilmədikdə isə aşağıdakıqaydada alınır:

Ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından(qurumundan) tələb olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
41
6
az.trend.az

10Sources