Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNN türk” yayıb.
Xatırladaq ki, E.Blinken dünən Ankaraya rəsmi səfər edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
***
Hakan Fidanla Entoni Blinken arasında görüş başa çatıb.
Türkiyəli nazir görüşdən sonra Blinkenlə müzakirə etdiyi mövzuları açıqlayıb.
Onun sözlərinə görə, tərəflər əsas olaraq Suriyada yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, müzakirə edilən mövzular arasında Qəzzadakı hazırkı vəziyyət də olub.