EN

Joze Mourinyonu "Fənərbağça"dan ayrılır? - İngilis klubu ortaya girib

Superliqada "Beşiktaş"a və UEFA Avropa Liqasında "Atletik Bilbao"ya məğlubiyyətdən sonra sərt tənqid hədəfinə çevrilən "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun kluibdan ayrılacağı gözlənilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq ona İngiltərə Premyer Liqasından "Vulverhempton" "elçi" düşüb.

Məlumatda deyilir ki, "Fənərbağça"da davamlı və ən xırda şeylərdə belə işinə müdaxilədən bezən Joze Mourinyonu da komandadan getmək nyyətindədir: "Belə bir anda ingilis klubu ona təklif göndərib. Portuqaliyalı çalışdırıcının İstanbul klubu ilə müqaviləsində "5 milyon avro qarışılığında istənilən an sərbəst qala bilər" maddəsi isə bu prosesi daha da rahatlaşdırır"

Xəbərdə deyilir ki, "Vulverhempton" komandadakı gərgin vəziyyətlə bağlı baş mışqçilərini tezliklə istefaya yolayacaq: "Onlar hazırda Mourinyodan cavab gözləyirlər. O, "hə" deyən kimi istefa baş verəcək.. Lakin təcrübəli məşqçinin qarşısını kəsən yeganə hal ingilis klubunun çox zəif oyunçulara sahiblənməısi və son pillədə qərarlaşmalarıdır. Bu isə Joze Mourinyonun fikirinə təsir edə bilər".

Fərid Aslan
MİA.AZ

Chosen
38
mia.az

1Sources