Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirini seçilməsi ilə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb.
Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azər Qasımlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı dekabrın 8-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə ittiham verilib.
Müəllif: Hacı Zeynalov