EN

Ukrayna pilotsuz təyyarəsi Leninqrad vilayətində "Lukoyl" terminalına hücum edib

Dekabrın 12-də axşam hava hücumundan müdafiə sistemi Leninqrad vilayətindəki Vısotsk Lukoyl-II neft terminalı üzərində pilotsuz uçan aparatı vurub...

Poliqon xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb. Kanalın iddiasına görə, bu, "Baba Yaqa" tipli kəşfiyyat aparatı olub. Dronun parçaları kompleksin yaxınlığındakı Finlandiya körfəzinə düşüb. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb.

Məlumat üçün bildirək ki, “Lukoyl” paylayıcı ötürmə kompleksi neft məhsullarının, o cümlədən mazut, nafta və dizel yanacağının daşınması ilə məşğuldur. 2004-cü ildə istifadəyə verilmişdir. Onun çən parkının həcmi 460 min kubmetr, tutumu ildə 12 milyon ton neft məhsuludur.

"Baba Yaga" isə Ukrayna Silahlı Qüvvələri tərəfindən yaradılmış pilotsuz təyyarədir. Əvvəlcə bu tip cihazlar kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunurdu, lakin rus işğalından sonra onlar döyüş dronlarına çevrilib. "Baba Yaga" bombalar, minalar və hava sursatları da daxil olmaqla 50 kq-a qədər yük daşıya bilir.

Poliqon.info

Chosen
16
3
poliqon.info

4Sources