EN

Çağırışaqədər yaş həddində olanların valideynləri elektron kabinet yaratmalı olacaq

Vətəndaşlar hərbi vəzifələrinin icrası ilə bağlı elektron kabinet yaratmalı olacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, elektron kabinet vətəndaşların (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla (Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır)) hərbi vəzifələrinin icrası ilə bağlı özü barədə məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini, xidmətlərdən istifadə etməsini və ödənişləri həyata keçirməsini təmin edən Elektron Hökumət İnformasiya Sistemində yaradılmış xüsusi fərdi elektron səhifədir. Çağırış vərəqəsi vətəndaşların hərbi vəzifələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə (poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla) məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəddir.

Vətəndaşların (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla, hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən elektron kabinet yaradılacaq.

Chosen
19
7
apa.az

9Sources