EN

Rusiya gəmiləri Suriyanı tərk edib? - Peyk görüntüləri yayımlandı + FOTOLAR

Rusiya donanmasına aid gəmilərin Suriyadakı əsas limanlarını tərk etdiyi məlum olub.

“AzPolitika” xəbər verir ki, “BBC” peyk görüntüləri əsasında apardığı araşdırmadan bu nəticəyə gəlib.

Dekabrın 10-da “Maxar" tərəfindən çəkilmiş görüntülər göstərir ki, bəzi gəmilər bazar günündən etibarən Tartus dəniz bazasını tərk edərək Aralıq dənizi sahillərində lövbər salıblar. Yeni peyk görüntüləri Moskvanın gəmilərini ən azı müvəqqəti olaraq limandan çıxardığını göstərir. İki idarə olunan raket freqatı Suriya sahillərindən təxminən 13 km (8 mil) kənarda lövbər salıb. Əvvəlki görüntülərdə görünən donanmanın qalan hissəsinin hazırda harada olduğu bilinmir.

Təhlilçilər hesab edirlər ki, Rusiya Tartus hərbi dəniz bazasını bağlamağa məcbur olarsa, öz donanmasını Liviyanın Tobruk şəhərinə köçürə bilər. Region Kremlin dəstəklədiyi Xəlifə Haftarın nəzarəti altındadır. Bununla belə, Tartusdan geri çəkilməyin kifayət qədər baha başa gələcəyi və bu addımın Rusiya gəmilərini NATO bazalarına yaxınlaşdıracağı, bununla da gəmilərə nəzarətin asanlaşacağı düşünülür. Analitiklərə görə, hazırda Rusiyanın Tartusdan texnikanın çıxarılması üçün lazım olan hərbi-dəniz qüvvələrini daşıdığına dair heç bir əlamət yoxdur.

Digər tərəfdən, eyni gündə çəkilən digər görüntülər Rusiyanın Suriyadakı əsas hava bazası olan Hmeymimdə fəaliyyətlərin davam etdiyini ortaya qoyur və uçuş-enmə zolağında reaktivlər açıq şəkildə görünür.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi verdiyi açıqlamada Rusiyanın bölgədəki hərbi mövcudluğu ilə bağlı yeni rəsmilərlə müzakirələrin aparılacağını bildirib.

“AzPolitika.info”

Chosen
41
azpolitika.info

1Sources