1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyəli məşhur ifaçı Serdar Ortaç pərəstişkarlarına özü ilə bağlı kədərli xəbər verib. Belə ki, dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan müğənni səhhətində daha bir ciddi problemin yarandığını deyib.
Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, bu barədə o, verilişlərin birində danışıb.
İfaçının sözlərinə görə, səhhəti ilə bağlı sonuncu problem qanunsuz mərc oyunları işi ilə bağlı ev həbsindən sonra yaranıb.
"Ev dustaqlığında olarkən sol qolumu itirdim. Xəstəliyim səbəbindən sol ayağımı itirmişdim, yeriməkdə çətinlik çəkirdim, amma buna baxmayaraq "Yenə konsertlərimi edəcəyəm" deyirdim. Edirdim də. Başıma bu qumar bəlası gəldi, cəza aldım. Evdə qandallarla gəzərkən çox fikir elədiyim üçün sol qolumu da itirdim", - deyə o bildirib.
Xatırladaq ki, qeyri-qanuni mərc oyunları ilə bağlı üç ilə qədər həbs cəzası tələb edilən Serdar Ortaç haqqında ev həbsi qərarı verilmişdi. Ancaq vəkillərin etiraz ərizəsi təqdim etməsindən sonra Ortaç üçün tətbiq edilən ev dustaqlığı qərarı ləğv edilib.