Şəkinin dağ kəndi olan Cunudun 1100-ə yaxın sakini var.
Kənddə heç vaxt mavi yanacağın olmadığını deyən sakinlər illərdir çətinliklərlə üz-üzə qaldıqlarını qeyd ediblər.
"Odun çatdıra bilmirik. Bizə qaz lazımdır. Ağaclarımızı qırıb yandırmalı oluruq. Qışı çıxarmağa xeyli pul xərcləyirik", - deyə onlar narazılıq bildiriblər.
"Azəriqaz" İstehsalat Birliyindən isə məsələ ilə bağlı bildirilib ki, sözügedən kəndin qazlaşdırılması qurumun maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlər üçün nəzərdə tutulub.
Ətraflı Baku TV-nin süjetində:
Mənbə: oxu.az