EN

Trampın açıqlamasını İrana xəbərdarlıqdır: Tehranı buna vadar edəcəklər

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra İrana preventiv xarakterli aviazərbələrin endirilməsini nəzərdən keçirir. Bu barədə yazı “The Wall Street Journal”da dərc olunub. Ona yaxın mənbələrin bildirdiyinə görə, bunda məqsəd rəsmi Tehranın nüvə proqramının icrasından çəkindirməkdir. Başqa bir iddiaya görə isə o, İsrailin yeni nəsil silah-sursatla təmin olunması da Ağ Evin gələcək rəhbərinin müşavirləri ilə müzakirə etdiyi məsələlərdən biridir.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir:

“Bu Tehran hakimiyyətinin Qərblə razılığa gəlmədiyi halda onu da Həmas, Hizbullah və Bəşər Əsədin aqibətinin gözlədiyi anlamına gəlir. Eyni zamanda bu Tehran rejiminin nüvə silahı əldə etməsinə imkan verilməyəcəyi ilə bağlı xəbardarlıqdır. Donald Tramp prezidentliyinin birinci dönəmində İrana qarşı regionda hərbi birləşmə yaratmağa cəhd göstərdi, amma həmin proses baş tutmadı. Bununla belə regiondan ərəb dövlətləri ilə İsrail arasında ikitərəfli hərbi əməkdaşlığa dair razılıq əldə olundu. Trampın açıqlamasını İrana xəbərdarlıq da hesab etmək olar. Yəni İran regionda proksi qüvvələrdən məhrum olunduqdan sonra Qərblə məğlu tərəf kimi razılığa gəlməyə məcbur olacaq. Əks halda onu buna vadar edəcəklər”.
Chosen
11
sherg.az

1Sources