EN

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması MÜZAKİRƏ EDİLİR

2020-2024-cü illərdə təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət alanların sayında 44 faiz artım olub. 

Modern.az xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı danışıb. 

O qeyd edib ki, əsas məqsəd silahlı qüvvələrin keyfiyyətli komplektləşdirilməsidir, bu zaman çağırış resursunu nəzərə almaq lazımdır:

“2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib. Bu,  çağırış resursuna ciddi təsir göstərən rəqəm sayıla bilməz. Yəni, magistr və rezidentura tələbələri çağırışdan azad olunsa, bu çağırış resursuna ciddi təsir göstərməz”. 

İki və daha artıq övladı olan şəxslərin hərbi xidmətdən azad edilməsinə gəlincə, A.Babayev bildirib ki, nəzər salınan Türkiyə qanunvericiliyində belə bununla əlaqədar hansısa məsələ yoxdur: 

“Hazırkı dəyişikliklər qəbul edilərsə, həmin kateqoriyada olan şəxslər də bundan istifadə edəcəklər”. 

O həmçinin vurğulayıb ki, hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aparılır: 

“Əsas məqsədimiz bütün sui-istifadə halların qarşısının alınmasıdır. İndi qanunvericilikdə elektron kabinetlərin yaradılması, bütün məlumatların bu vasitə ilə verilməsi nəzərdə tutulur ki, şəffaflıq təmin edilsin. Ali və tam orta təhsillini fərqləndirmək yox, onların bərabərləşdirilməsi lazımdır. Bununla bağlı düşünürük. Amma müddətin azaldılmasına hələlik hazır deyilik”.

A.Babayev bildirib ki, hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə edilir.

Chosen
4
1
modern.az

2Sources