EN

Makron yeni baş nazir təyin etdi

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin yenibaş naziri təyin edib.

Trend “Yelisey sarayına”yaistinadən xəbər verir ki, Fransua Bayruya hökuməti formalaşdırmaqtapşırılıb.

Qeyd edək ki, mərkəzçi siyasətçi Fransua Bayru "DemokratikHərəkat" partiyasının lideridir.

O, iki dəfə nazir vəzifəsini tutub: 1993-1997-ci illərdə təhsilnaziri, 2017-ci ildə isə ədliyyə naziri olub.

Məqalədə:
Chosen
16
2
az.trend.az

2Sources