EN

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısında dəyişiklik edilib - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.2-ci bəndlərdə "346-1.1 və 346-1.5-ci maddələrində" sözləri "346-1-ci maddəsində" sözləri ilə əvəz edilsin və həmin bəndlərdən "346-1.2-346-1.4," rəqəmləri çıxarılsın.

2. 2.3-cü bənddə "346-1.1, 346-1.5-ci maddələrində" sözləri "346-1-ci maddəsində" sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bəndə "habelə" sözündən əvvəl "Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1-ci maddəsində," sözləri əlavə olunsun və həmin bənddə ", 324-3-cü və 346-1.2-346-1.4-cü" sözləri "və 324-3-cü" sözləri ilə əvəz edilsin.

Chosen
32
18
day.az

10Sources