EN

Cəmiyyətimizi narahat edən məsələlər həll olunur

“Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox mühüm əhəmiyyət kəsb edir”.

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitənin bu gün keçirilən iclasında deyib.

“44 günlük Vətən müharibəsindən sonra orduda islahatların aparılması, bir sıra qanunvericilikdə dəyişikliklərin edilməsi Prezident tərəfindən labüd sayılıb. Bu islahatlara uyğun olaraq əsas istiqamətlərdən biri də çağırış məsələsidir. Bu gün cəmiyyəti narahat edən və eyni zamanda sevindirə bilən bir sıra dəyişikliklər var”, – deyə A.Nağıyev qeyd edib.

Komitə sədri bildirib ki, orduya çağırışla bağlı bir sıra ölkələrin qanunları müxtəlifdir: “Məsələn, Rusiyada hərbi xidmətə çağırış 18 yaşına çatmış, lakin 27 yaşdan yuxarı olmayan vətəndaşlara şamil edilir. 30 yaşdan aşağı şəxslər adətən daha yaxşı fiziki formada olurlar, intensiv fiziki qabiliyyətə malikdirlər. Psixoloji yetkinlik 18-25 yaş arasında, eyni zamanda 30 yaşına qədər yetkinliyə çatır. Bu, emosional və psixoloji problemlərin öhdəsindən gəlməyə kömək edir.

Əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər. Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir. Onlar həkim komissiyasından keçdikdə psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yəni son vaxtlar bir sıra ordularda gedən müharibələri də görürük. Ağır şizofreniya, travma sonrası stress və adaptasiya pozğunluğu kimi problemlər nəzərəalınandır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir”.

Chosen
27
xalq.az

1Sources