EN

Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq? - QURUM RƏSMİLƏRİ NƏLƏRİ ETİRAF ETDİ?

Hər bir dövrün özünəməxsus xüsusiyyətləri, qanunauyğunluqları olur. Yaşadığımız dövr informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin həyatına təsiri, insan biliyinin dərinləşdirilməsi üçün mənbə müxtəlifliyi və genişliyi baxımından diqqəti cəlb edir. Bəs görəsən bu qədər alternativ vasitələr varkən kitab oxumaq nə qədər aktualdır?

Mövzu ilə bağlı Elmi işlər və kitabxana informasiya xidməti üzrədirektor müavini Ədibə İsmayılova SİA-ya açıqlamasında bildirib ki, bütün respublika Milli kitabxanaya müraciət edir: "Düşünürəm ki, bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan dövrü mətbuatının arxivi bizdə mühafizə olunur. Ona görə də bu kitabxanaya müraciət daha çoxdur. Hal-hazırda kitabxananın oxucu zalına baxsanız oturmağa yer yoxdu. Bizə tələbələr müraciət edir. Eyni zamanda elmi işçilərimiz də müraciət edir. Onlar daha çox vertual rejimdə müraciət edirlər və biz onlara elektron xidmət göstəririk. Azərbaycan Milli Kitabxanasına bu gün şəxsi marağı üçün gələn gənclərimiz də çoxdur. İmtahanlara hazırlaşanlar da var, bədii kitab oxuyanlar da var, hansısa bir elm sahaəsi ilə maraqlananlar da var. Etiraf edək ki gənclər daha çox tərcümə olunmuş və türk dilində yazılmışkitablara üstünlük verirlər. Çox sevindirici haldır ki, texnikanın bu qədər inkişaf etməsinə baxmayaraq Milli Kitabxanaya oxucu gəlişi azalmayıb, tam əksinə günü gündən artır".

Naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da bizimlə öz fikirlərini bölüşüb: “Son dönəmlərdə kitablara maraq stabil şəkildə artır. Lakin, insanlar arasında fərqli davranışlar müşahidə olunur. Bir çoxları həqiqətən kitab almaq və oxumaq üçün "Book centr"lərə (kitab mərkəzlərinə) gedir. Eyni zamanda, bu məkanlar sosiallaşma yerləri kimi də istifadə olunur, bəzi gənclər isə daha çox kofe içib şəkil çəkdirməyə üstünlük verir. Bu, bir növ trend olsa da, müsbət tərəfi odur ki, bu mühit kitabsevərlik mədəniyyətinin genişlənməsinə dəstək olur. Günün tələbatı oxucuların marağının fərqli mövzularda dəyişməsinə də səbəb olur. Xüsusilə "Psixologiya və şəxsi inkişaf" (özünüdərk, liderlik, motivasiya), "Tarixi romanlar və bioqrafiyalar", "Sosial problemləri işıqlandıran əsərlər", "Elmi-fantastika və distopiya janrı".Bu mövzular müasir problemləri əks etdirdiyindən daha çox diqqət cəlb edir. Təbi ki, kitab seçimləri yaş aralığına görə də dəyişir. 15-25 yaş arası gənclər, daha çox təhsil və şəxsi inkişaf üçün oxuyurlar. 30-45 yaş arası yaş qrupunda olanlar həm peşəkar, həm də fərdi inkişaf kitablarına maraq göstərirlər. Uşaqlar arasında isə valideynlərin dəstəyi ilə maraq artır. Uşaq ədəbiyyatına diqqət son illərdə artmaqdadır. Valideynlər uşaqları üçün təhsilə dəstək olan kitablar və əyləncəli nağıllar almağa üstünlük verir. Azərbaycan dilində uşaq ədəbiyyatı da inkişaf edir, lakin hələ də rus və ingilis dillərindəki tərcümə əsərlərinə üstünlük verənlər çoxdur. Bu isə yerli müəlliflərə daha çox dəstək lazım olduğunu göstərir. Sevindirici hal odur ki, mənim müşahidəmə görə, oxucu marağı son 5 ildə 20-30% artmışdır. Amma gənclər arasında bu rəqəm daha yüksəkdir”.

Chosen
30
sia.az

1Sources