EN

Azərbaycanda informasiya və rabitə sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda çalışan işçilərin sayı 34 min 134 nəfər olub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox işçi rabitə sahəsində (15 min 41 nəfər), ən az işçi isə kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində (838 nəfər) çalışır.

İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Bu dövrdə informasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1 671 manat 40 qəpik təşkil edib. Ən yüksək maaş alanlar proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində çalışanlar (1 762,5 manat), ən aşağı maaşı isə nəşriyyat fəaliyyəti sahəsində (762,9 manat) çalışanlar alıb.

İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Əvəz Həsənov

Chosen
17
valyuta.az

1Sources