EN

Gələcəkdə hərbi xidmətə çağırış yalnız elektron qaydada həyata keçiriləcək

Bakı, 13 dekabr, AZƏRTAC

Gələcəkdə hərbi xidmətə çağırış yalnız elektron qaydada həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisi Azər Babayev bildirib.

İdarə rəisi Konstitusiyada hər kəsin hərbi xidmətə çağırılmasının tələb olunduğunu və burada təhsil səviyyəsinin fərqləndirilmədiyini vurğulayıb. O, hərbi xidmət müddətinin azaldılmasına hələ hazır olmadıqlarını qeyd edərək, layihə qəbul olunduqdan sonra bu istiqamətdə daha ətraflı müzakirələr aparıla biləcəyini söyləyib.

Chosen
9
1
azertag.az

2Sources