Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə 300 manat olacaq.
Bolgə.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Daha öncə məbləği 50 manat olan cərimə bundan sonra 300 manat olacaq.
Bundan əlavə, cərimənin nəzərdə tutulduğu 212.4-cü maddəyə 212.4-1 maddəsi də əlavə edilir:
"Bu Məcəllənin 212.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.”.