EN

AB Türkiyə üzərindən “hava körpüsü”nü işə saldı

AB

Avropa Komissiyası Türkiyə vasitəsilə Suriyaya ilkin 50 ton tibbi təchizat göndərmək üçün “hava körpüsü” əməliyyatının başladığını elan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Komissiyadan məlumat verilib.

Məlumata görə, Dubayda yerləşən AB anbarlarından götürülən ləvazimatlar Suriyaya çatdırılmaq üçün yaxın günlərdə hava yolu ilə Türkiyənin Adana şəhərinə göndəriləcək.

Əlavə 46 ton humanitar yardım isə Danimarkadakı anbarlardan Türkiyənin Adana şəhərinə tırlarla göndəriləcək və burada UNİCEF və ÜST tərəfindən Suriyada paylanacaq.

Chosen
28
2
xalqcebhesi.az

3Sources