EN

İRİA-nın şöbə müdiri: Ölkəmizdə bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 5 akselerasiya proqramı həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bunu İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov dekabrın 13-də qurumun ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı bildirib.

“Bu layihələr çərçivəsində 1 milyon avro investisiya cəlb edilib, 10 “roadshow” səfəri təşkil edilib. Bu səfərlər zamanı 500 min ABŞ dolları məbləğində investisiya və əməkdaşlıq müqavilələri imzalanıb”, - deyə A.Əhmədov qeyd edib.

Agentlik tərəfindən insan kapitalının inkişafı istiqamətində fəaliyyəti barədə məlumat verən A.Əhmədov bildirib ki, artıq 30 yeni mentor və 20 yeni təlimçi yetişdirilib.

Chosen
25
azertag.az

1Sources