EN

Elinar Vardanyan: 2025-ci ildə Ermənistan vətəndaşlarını əsl çətinliklər gözləyir

 

Bir neçə gündən sonra Ermənistan vətəndaşları yeni qeyri-müəyyən ilə - 2025-ci ilə qədəm qoyacaqlar. Hakimiyyət vətəndaş üçün onun həyatını çətinləşdirəcək və hər bir ailənin rifahını pisləşdirəcək bütöv dəyişikliklər paketi hazırlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, “Alternativ layihələr” qrupunun üzvü Elinar Vardanyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, 2025-ci ildə vətəndaş özünü həqiqətən də “qəhrəman” kimi hiss edəcək.

“-Gələn ildən etibarən əmlak vergisi qanunu 75%, 2026-cı ildən isə tam həcmdə fəaliyyət göstərəcək. Ermənistan vətəndaşları əmlak vergisinin real yükünü hiss edəcəklər.

-Yanvarın 1-dən sərnişindaşıma tarifləri artacaq. Bu, vətəndaşlar üçün əlavə maliyyə yükü olmaqla yanaşı, həm də zəncir boyu qiymətlərin bahalaşmasına səbəb ola bilər. Taksilərdə gediş haqqı bahalaşacaq. Sərnişinlərin gediş haqqının artırılması gələn il də inflyasiyaya təsir edəcək. Eyni zamanda, pensiyaların, müavinətlərin, minimum əməkhaqqının həcmi artmayacaq.

-2025-ci il yanvarın 1-dən vergilərin vaxtında ödənilməməsi halında vergi ödəyicisi və ya vergi agenti indiki 0,04 faiz əvəzinə 0,075 faiz cərimə ödəyəcək.

-Vergi Məcəlləsinə birinci oxunuşda edilən dəyişikliklə 2025-ci il iyulun 1-dən bəzi peşələr üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsi xüsusi vergitutma sistemindən ümumi vergitutma sisteminə keçəcək.

Bu peşələrə ixtisaslaşdırılmış tikinti fəaliyyəti, hüquq və mühasibat fəaliyyəti, idarəetmə konsaltinq xidmətləri, memarlıq və mühəndislik fəaliyyəti və s. üzrə çalışan 13 minə yaxın sahibkarın vergiləri 6 dəfə - 5 faizdən 31,67 faizədək artacaq. Bu da təbii ki, xidmətlərin bahalaşmasına səbəb olacaq. Bu xidmətlərdən istifadə edən şirkətlər də xidmət və malların qiymətlərini qaldıracaqlar. Nəticədə sadə vətəndaş əziyyət çəkəcək. Yaxud insanlar başqa yolla gedəcək və xidmət təminatçıları gələn ildən başlayaraq pulun böyük hissəsini nağd şəkildə almaq üçün fərdi müştərilərlə razılaşacaqlar.

Musavat.com

Chosen
45
musavat.com

1Sources