EN

“Bəlkə də ən çətin qruplardan birinə düşdük” - Montella

style='margin-bottom:10px;'>

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

QOL.az Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, o deyib: 

“Bəlkə də ən çətin qruplardan birinə düşdük. Rəqib fərq etməz. Hər kəsə hazırıq. İspaniya millisi son turnirin qalibidir (Avro-2024 - red). 3 səbətdən çətin rəqiblərdən olan Gürcüstan düşdü. 4-cü səbətin ən çox xal toplayan millisi Bolqarıstan da bizə düşdü, amma fərqi yoxdur. Biz hazırıq. 

Biz yaxşı və gənc komandayıq. Futbolçularımız təcrübə toplayırlar. Bu matçlar da oyunçularımızı daha da təkmilləşdirəcək. 22 ildir ki, dünya çempionatında iştirak etmirik. 22 il çox uzun müddətdir. Hazırıq, qrupda qalib gəlmək istəyirik. Qrupda alınmasa, pley-offda iştirak etmək istəyirik".

Chosen
33
teleqraf.com

1Sources