EN

Boccianın ölkə üzrə ilk idmançısı: Bu, birinci çempionluğumdur

Bakı, 13 dekabr, AZƏRTAC

2014-cü ildən boccia idman növü ilə məşğul oluram. Azərbaycanda boccianın ilk idmançısı mən olmuşam. İndiyə qədər respublika üzrə ikinci və üçüncü yerləri tutmuşam. Bu, ilk çempionluğumdur. Çox sevinirəm, əziyyətimin bəhrəsini gördüm.

Bunu AZƏRTAC-a müsahibəsində boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatında çempion olan Ramil Babayev deyib: ”Hər bir idmançının arzusudur ki, beynəlxalq arenalarda himnimizi səsləndirib, bayrağımızı dalğalandırsın. Mənə də həmin sevinci yaşamağın nəsib olacağına inanıram. Bunun üçün var-qüvvəmlə çalışıram”

Chosen
15
1
azertag.az

2Sources