EN

Bu il dünyada qətlə yetirilmiş jurnalistlərin sayı məlum olub

2024-cü ildə peşə vəzifəsini yerinə yetirərkən ən azı 68 jurnalist və media işçisi qətlə yetirilib.

Herbiand.az “UNESKO”ya istinadən xəbər verir ki, bu ölümlərin 60 faizdən çoxu münaqişə zonalarında qeydə alınıb. Bu da son on ilin ən yüksək göstəricisidir.

Məlumata görə, münaqişə zonalarında baş verən 42 qətldən 18-i Fələstində, 4-ü Ukraynada və Kolumbiyada, 3-ü isə İraq, Livan, Myanma və Sudanda qeydə alınıb. Bundan əlavə, Suriya, Çad, Somali və Konqo Demokratik Respublikasında hər birində 1 jurnalist qətlə yetirilib.

Chosen
6
3
herbiand.az

5Sources