EN

Ankaradan sonra Bağdada uçdu

ABŞ dövlət katibi Antoni Blinken Türkiyədən sonra İraqa elan olunmamış səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Blinken Suriyada Bəşər Əsəd hökumətinin devrilməsi fonunda turneyə çıxıb.

Dövlət katibi səfər zamanı ABŞ-nin Bağdaddakı səfirliyinə baş çəkib və Suriyadakı vəziyyətlə bağlı Baş nazir Məhəmməd Şii əl-Sudani ilə müzakirələr aparıb.

Xatırladaq ki, Blinken dünən Türkiyəyə rəsmi səfər edib. Burada dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və başqa rəsmilərlə görüşlər keçirib. Görüşlərin əsas müzakirə predmeti Suriya mövzusu olub.

Chosen
23
2
qafqazinfo.az

1Sources