EN

"Barselona"nın apellyasiya şikayəti rədd edildi

"Barselona"nın İspaniya Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 2 oyunluq diskvalifikasiya edilən baş məşqçisi Hans-Diter Fliklə bağlı verdiyi apellyasiya şikayəti qəbul olunmayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Flik La Liqanın 16-cı turunda "Betis"ə qarşı keçirdikləri matçda (2:2) hakimlə mübahisə etdiyi üçün cəzalandırılıb. O, "Leqanes" və "Atletiko Madrid"lə matçlarda komandasının oyununu texniki zonadan izləyə bilməyəcək.

Qeyd edək ki, Flik bu ilin yayından indiki postundadır. Onun rəhbərliyi altında 38 xal toplayan "Barselona" hazırda çempionatın turnir cədvəlində 1-ci pillədə mövqe tutub.

Chosen
52
fanat.az

1Sources