EN

Almaniyadan Ukraynaya qoşun göndərməsi ilə bağlı BƏYƏNAT

Atəşkəsi təmin etmək üçün Avropa qoşunlarının Ukraynaya göndərilməsi məsələsi hazırda aktual deyil.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib.

“Bunu müzakirə etmək və bu məsələ ilə bağlı hər hansı qərar qəbul etmək indi əhəmiyyət kəsb etmir. Bu, yalnız gələcəkdə müəyyən şərtlər daxilində öz aralarında razılaşdırılmalıdır”, - siyasətçi bildirib.

Almaniya nümayəndəsi onu da əlavə edib ki, hər iki tərəfdə atəşkəs Rusiya ilə Ukrayna arasında barışıq əldə etməyə kömək edəcək.
Chosen
18
1
sherg.az

2Sources