EN

Hərbi xidmətə çağırış yaşı da 20-ə qaldırılmalıdır —TƏKLİF

 Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi müsbət haldır. Onun fikrincə, yaş həddi 30-dan da aşağı endirilməlidir:

“Mənim fikrimcə, yaş həddi hətta 27-28 olmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikliyi təklif edən adamlar bir qədər də güc strukturlarının, ictimaiyyətin fikirləri ilə maraqlansaydılar, yaxşı olardı. Çağırış yaşının 18-dən 20-ə qaldırılması da günün aktual mövzusudur. Həm müharibə dövründə, həm müharibədən sonra şəxsi heyətlə çalışmış bir zabit kimi dəfələrlə biz təkliflər vermişik ki, hərbi xidmətə çağırışla bağlı qanunlarda mütləq təkmilləşmə və müasirləşmə olmalıdır. Dəyişikliyə pozitiv yanaşıram, amma çağırış yaşının 18-dən 20-ə qaldırılmasının tərəfdarıyam. Bu fikri də onunla əsaslandırıram ki, məktəbi yenicə bitirmiş 18 yaşında gənc hərbi xidmətə gəlir və yanında 35 yaşında, atası yaşında bir çağırışçını görür. Onlara bölük, tabor, birlik şəklində tapşırıq verilir. Baxaq görək 18 yaşında gənc üzərində düşəni necə yerinə yetirir, 30-35 yaşındakı necə. Əlbəttə ki, arada fərq var, həm də mentalitetimizə görə cavanlar razı olmazlar ki, özlərindən böyüklərin üzərinə güc düşsün”.

Törə Zeynallı
Demokrat.az

Chosen
20
demokrat.az

1Sources