İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola uğursuz çıxışlarının səbəbini açıqlayıb.
Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis cari mövsüm matç qrafiklərinin sıx olmasına görə, istədiklərini oyunu sərgiləyə bilmədiklərini söyləyib.
O, həddən artıq çox sayda baş tutan qarşılaşmaların futbolçuları tez-tez zədələdiyini bildirib. 53 yaşlı ispaniyalı çalışdırıcı bu vəziyyətin gec-tez bütün klubların başına gələcəyini deyib.
Qeyd edək ki, "Mançester Siti" son 10 görüşdən yalnız 1-də qalib gəlib.