EN

Ançelotti “Rayo Valyekano” ilə oyundan gözləntilərini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 17-ci turunda “Rayo Valyekano” ilə səfər oyunundan gözləntilərini açıqlayıb.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyun çətin olacaq, “Rayo” ilə bizim həmişə fəsadlarımız olub. Onlar yaxşı və fəal oynayırlar, amma biz özümüzə arxayınıq. Komanda daha bir gün istirahət etdikdən sonra yaxşılaşıb və biz bu oyunu səbirsizliklə gözləyirik”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, “Rayo Valyekano” – “Real” oyunu dekabrın 14-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (15 dekabr) başladacaq.

15 oyundan 19 xalla “Rayo Valyekano” İspaniya La Liqasının yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. 16 oyundan 36 xal toplamış “Real” isə 2-ci pillədir. “Real”, 17 oyundan 38 xalla 1-ci pillədə qərarlaşmış “Barselona”nı təqib edir və mümkün şərti lider qismindədir.

Chosen
12
arena.az

1Sources