EN

Medvedev: Ukrayna və Tayvan böhranları süni şəkildə yaradılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Beynəlxalq Həyat" jurnalında dərc olunan məqaləsində Ukrayna və Tayvan böhranlarının ABŞ və Avropa İttifaqının destruktiv qüvvələrinin iştirakı ilə süni şəkildə yaradıldığını bildirib.

"Ukrayna və Tayvan məsələlərinin tamamilə fərqli xarakterinə baxmayaraq, Qərb üçün bu məsələlər vahid bir problemin hissəsinə çevrilib," - deyə Medvedev qeyd edib.

O, bu vəziyyətin böhranların xarici destruktiv qüvvələrin müdaxiləsi ilə süni şəkildə yaradıldığını bir daha sübut etdiyini vurğulayıb. Medvedevə görə, bu qüvvələrin əsasını ABŞ və Avropa İttifaqı təşkil edir.

Siyasətçi xəbərdarlıq edib ki, reallıqdan uzaq olan bu cür avantüralar gec-tez hərbi məğlubiyyətlə nəticələnir və üsyankar vilayətlər yenidən öz ana vətənlərinə qayıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
40
olaylar.az

1Sources