Suriyada baş verən hadisələr Türkiyənin bu ölkədə varlığının səbəbini göstərdi.
"Operativ Media" xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı bildirib.
Ərdoğan "Türkiyənin Suriyada nə işi var" deyənlərin tarixdən xəbərsiz olduqlarını qeyd edib:
"Birinci Dünya Müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zaman şərtlər fərqli olsaydı Hələb, İdlib, Hama, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı. Bu şəhərlər sərhədlərimizdən kənarda qaldığı üçün oradakı insanlarımızla əlaqələrimizi bütünlüklə kəsməli deyildik ki".