EN

"OpenAI"da Trampın inaqurasiyasına pul ayırdı

ChatGPT generativ neyron şəbəkəsinin tərtibatçısı Amerikanın "OpenAI" şirkəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar bağışlamağa hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı "Fox News" yayıb.

Şirkətin rəhbəri Sem Altman telekanala deyib: "Prezident Tramp ölkəmizi süni intellekt əsrinə aparacaq və mən onun səylərini dəstəkləməyə hazıram".

Əvvəllər eyni məqsədlə eyni məbləği Mark Zukerberqin rəhbərlik etdiyi "Meta" Korporasiyası, həmçinin dünyanın ən varlı adamlarından biri Ceff Bezosa məxsus Amerika onlayn pərakəndə satış şirkəti “Amazon” Tramp Fonduna bağışlayıb.

"The Wall Street Journal" yazır ki, texnologiya şirkətlərinin rəhbərləri respublikaçıların yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar. Qəzetin mənbələrinin qeyd etdiyinə görə, Amazon Prime Video axın platforması gələn il yanvarın 20-də Trampın andiçmə mərasimini yayımlayacaq ki, bu da növbəti 1 milyon dollarlıq ianə sayıla bilər.

Altman əvvəllər ölkəni süni intellekt (AI) sahəsində aparıcı qlobal gücə çevirmək üçün Tramp administrasiyası ilə işləməyi səbirsizliklə gözlədiyini demişdi.

Musavat.com

Chosen
22
musavat.com

1Sources