EN

Xəyalınızdakı işi necə əldə edə bilərsiniz? - "Google"un keçmiş rəhbəri açıqlayır

Maraqlı tərcümeyi-hal namizədin xəyal etdiyi işi əldə etmək şansını əhəmiyyətli dərəcədə artıra bilər. 

Valyuta.az CNBC-yə istinadən xəbər verir ki, "Google"un keçmiş menecerlərindən Cenni Vud müsahibələrində ilk növbədə nələrə diqqət yetirdiyini açıqlayıb.

Nəşr bildirir ki, Vud indi öz bloqunda karyera məsləhətləri verir. O, 2025-ci ilin mart ayında məqsədlərə çatmağa həsr olunacaq "Vəhşi cəsarət" adlı kitabı buraxmağı planlaşdırır. Kitab şəxsi məqsədlərə nail olmaq mövzusuna həsr olunacaq.

"Google"un keçmiş menecerinin sözlərinə görə, o, namizədin tərcümeyi-halında olması lazım olan iki "yaşıl işarə"ni (müsbət cəhət) qeyd edir. Bildirir ki, belə insanların arzuladıqları işi əldə etmək şansları daha çoxdur.

Nəşr vurğulayır ki, CV-lərdə iş başlıqları altında qısa markerlərin (təsviredici qeydlər) olmasını, xüsusən də bir sətri keçmədikdə, Vud bunu yüksək qiymətləndirir. O hesab edir ki, qısalıq namizəd üçün vacibdir, çünki bu, belə bir insanın ən yaxşı keyfiyyətlərini başa düşdüyünü göstərir.

Vud öz bloqunda yazıb: "Məhdud məlumatlarla əsas məqamları çatdırmaq bacarığınız həm diqqətinizin kəskinliyini, həm də CV-nizi oxuyan insana əhəmiyyət verdiyinizi göstərir. Siz orada olmamalı olan şeyləri kəsirsiniz. ".

Bununla yanaşı, o, CV-də qeyri-adi detallar əlavə etməyi tövsiyə edir. Belə yanaşma namizədin digər iş axtaranlardan fərqlənməsinə kömək edir.

Misal olaraq, Vud CV-də "maraq dairəsi" bölməsinə əlavə olunmuş kiçik bir rəsmi və ya qeydi vurğulayır. O, bir namizədin - Karli adlı qadının "Google"da iş üçün müraciət etdiyini və onun CV-sində "Üzüm qurusu ilə hazırlanmış ideal yulaf peçenyəsi resepti axtarışındadır" kimi qeydin olduğunu bildirib.

"Müxtəlif bacarıqları, təhsili və təcrübəsi olan namizədlərin sıx rəqabəti şəraitində fərdi xüsusiyyətlər fərqləndirici amilə çevrilir", deyə Vud izah edib.

Paşa Məmmədli
 

Chosen
42
valyuta.az

1Sources