EN

Azərbaycanlı biznesmen ev dustaqlığına buraxıldı

Moskva məhkəməsi “Ximki” futbol klubunun əsas investoru, azərbaycanlı iş adamı Tufan Sadıqovu xüsusilə irimiqyaslı dələduzluq işi üzrə ev dustaqlığına buraxıb.

Sportal.az xəbər verir ki, xəbər verir ki, məhkəmənin mətbuat xidmətinin verdiyi məlumata görə, Tufan Sadıqovun adı böyük maliyyə dələduzluğu işində hallanıb. Hazırda istintaqın detalları tam açıqlanmasa da, onun böyük məbləğdə maliyyə pozuntularında şübhəli bilindiyi bildirilir.

İş üzrə istintaq tədbirləri davam etdirilir. Sadıqovun ev dustaqlığı şəraitində olduğu müddətdə hər hansı ictimai və peşə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə əlavə məlumat yoxdur.

(Musavat.com)

saytlarin hazirlanmasi

Chosen
14
1
sportal.az

2Sources