Rəqabət Qurumu tərəfindən "Google"a təxminən 2,6 milyard TL məbləğində cərimə tətbiq edilib.
Valyuta.Az xəbər verir ki. Rəqabət Qurumu, "Google Reklamcılık ve Pazarlama Ltd. Şti.", "Google International LLC", "Google LLC", "Google Ireland Limited" və "Alphabet Inc." şirkətlərindən ibarət iqtisadi vahidlik ("Google") barədə araşdırma apararaq 4054 saylı Rəqabətin Qorunması Haqqında Qanunun 6-cı maddəsinin pozulub-pozulmadığını qiymətləndirib.
Araşdırma çərçivəsində, "Google"un sahib olduğu onlayn video paylaşım platforması "YouTube"un inventarının yalnız öz tələbyönümlü platformaları (demand side platforms – DSP) vasitəsilə əldə olunmasına məhdudiyyət qoyduğu və "YouTube" reklamlarının müstəqil xidmət təminatçıları tərəfindən təsdiqlənməsi və ölçülməsinin qarşısını aldığı iddiaları araşdırılıb.
Bu iddialarla bağlı olaraq, müstəqil DSP-lərin "YouTube" inventarına girişinə zəmanət verilməsi ilə bağlı təklif edilən öhdəliklər qəbul edilib və araşdırma yekunlaşıb.
Qurumun açıqlamasında bildirilib ki:
- "Google" yayımçı reklam serveri xidmətləri bazarında dominant mövqeyə sahibdir,
- "Google" öz SSP xidmətinə haqsız üstünlük yaradaraq rəqiblərin fəaliyyətini çətinləşdirici hərəkətlər edib,
- Bu səbəbdən "Google"a 2.607.563.963,59 TL məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınıb.
Rəhim